26 may 2011 13:41
Nazim Süleymanov: Onları Avropa Liqasında da təəccübləndirmək istəyirik
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Azərbaycan kubokunun onlar üçün də böyük əhəmiyyət daşıyan “Xəzər Lənkəran”la “İnter” arasındakı oyunundan, avrokuboklara vəsiqə qazanmalarından, heyətlə bağlı dəyişiklərdən danışıb.
- Kubokun final matçında arenada idiniz. Hansı təəssüratlarınız qalıb?
- Hər iki komanda oyuna ehtiyatlı başlamışdı. Həm “Xəzər Lənkəran”, həm də “İnter” yüksək templi bir oyun sərgilədi. Lakin hər şeyə son saniyələrdə aydınlıq gəldi. Lənkəranlılar kuboka sahib çıxdı ki, bu da bizim avrokuboklara vəsiqə qazanmağımıza şərait yaratdı. Gizlətmirəm ki, cənub təmsilçisinə azarkeşlik edirdim. Son turda biz də “Qarabağ”ı məğlub etməklə “Xəzər Lənkəran”ı ikinci pillədə saxlamışdıq. Onlar da bir növ bizə cavab verdilər.

- Lənkəran təmsilçisinə nəsə deyəsi sözünüz var?
- Mən onları kubokdakı qələbə münasibətilə təbrik edirəm. “Neftçi”ni isə çempionluğu münasibətilə təbrik edirəm. Mən onlara da, “Qarabağ”la AZAL-a da avrokuboklarda uğurlar arzulayıram. Sirr deyil ki, azarkeşlərimiz avrokuboklar zamanı bütün klublarımızın uğuruna çalışır. Onlar bizdən uğur gözləyir ki, biz də bu ümidləri doğrultmağa borcluyuq.

- AZAL-da heyət baxımından hansı dəyişikliklər gözlənilir?
- Komandanı artıq Draqan Mandiç, Eleandro Pema, Qvidas Yuşka və Mirko Bunyevçeviç tərk edib. Hələlik Elşən Poladovla Nuqzar Kvirtiyanın taleyi dəqiq müyyənləşməyib. Biz onlara yeni müqavilə təklif etsək də, hər ikisi düşünmək üçün vaxt istəyib. Mümkündü ki, hər ikisi qalsın. Yenilər də olacaq. Mənim maraq dairəmdə olan futbolçular da var. Lakin onlar haqda indidən konkret nəsə demək çətindi.

- Bəs Zoahir Benuahinin gələcək taleyi nə yerdədi?
- Onun AZAL ilə iki illik müqaviləsi var. Lakin o, getmək istəsə, bizim onu saxlamaq fikrimiz yoxdu. Çünki futbolçunun könlü oynadığı komanda ilə deyilsə, onu saxlamağa nə ehtiyac var? Lakin hamı gözəl başa düşür ki, o, Azərbaycana gələndə heç kim tərəfindən tanınmırdı. Onun uğurunda AZAL-ın da rolu var. Benuahi ilə bağlı suala rəhbərlik aydınlıq gətirəcək.

- Sizin də müqavilənizin müddəti mayda başa çatır...
- Mənim rəhbərliklə söhbətim olub. Şadam ki, rəhbərlik mənimlə işbirliyini davam etdirmək istəyir. Axı klub mənim rəhbərliyim altında Avropa Liqasına vəsiqə qazanırsa, niyə başqa mütəxəssis axtarmalıdı ki? Mənim klubla yeni müqaviləmin detalları gələn həftə müəyyənləşəcək. Onda həm mənim yeni müqaviləmi, həm avrokuboklar öncəsi transferləri, həm də hazırlıq prosesini müzakirə edəcəyik.
- Hazırlıqlara nə vaxt başlamaq istəyirsiz?
- İyunun 5-də ya da 6-da Bakıda bir araya gələcəyik. Futbolçular tibbi baxışdan keçəcəklər. Hazırlığın birinci mərhələsi paytaxtda baş tutacaq. Növbəti mərhələ üçün hara gedəcəyimizi isə sonra müəyyənləşdirəcəyik. Çox şey Avropa Liqasının ilkin püşkatmasından asılı olacaq. Mən sizin vasitənizlə öz komandama da təşəkkürümü bildirmək istərdim. Rəhbərlik, futbolçular, məşqçilər korpusu belə bir uğur qazanmağımızda böyük rol oynadı.
- Avropa Liqasında qarşınıza hansı vəzifə qoyulub?
- Öncədən nəsə danışmağı sevmirəm. Amma mümkün qədər irəli getməyə çalışacağıq. Əsas məqsəd təbii ki, layiqli çıxış etmək və ölkəmizin hesabına xal gətirməkdi. Çünki hər il nə qədər çox xal toplaya bilsək, növbəti mövsümlərdəki püşkatmalarda işimiz bir o qədər asan olacaq. Çempionatda da bizim nəsə edəcəyimizə çoxları inanmırdı. İndi isə onları Avropa Liqasında təəccübləndirmək istəyirik.