26 may 2011 01:07
Galatasaray`ın ilk rəsmi transferi
Türkiyənin “Galatasaray" klubu ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"un orta sahə oyunçusu Selçuk İnanı heyətinə qatıb.
Klubun rəsmi saytı vasitəsilə yayılan məlumatda bildirilir ki, sözügedən oyunçu ilə 5 illik müqavilə bağlaynılıb. Selçuk İnanı Türkiyənin "Fenerbahçe", "Beşiktaş" və bir neçə ispan klubu heyətində görmək istəyirdi. Amma futbolçu Fatih Terim amilini üstün tutaraq, "Galatasaray"a keçib.
26 yaşlı Selçuk İnan "Trabzonspor"a qədər "Dardanelspor" və "Manisaspor" klublarında çıxış edib. O, həm də Türkiyə millisinin üzvüdü.
