26 may 2011 01:29
Emenike Fenerbahçeyə qismət oldu
Türkiyə çempionu "Fenerbahçe" klubu ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, İstanbul təmsilçisi "Kardemir Karabükspor"un forvardı Emanuel Emenikeni heyətinə qatıb.
Türkiyə mətbuatının iddiasına görə, "sarı-lacivərdlilər" nigeriyalı futbolçunun transferinə 9 milyon avro xərcləyib. Qeyd edək ki, 24 yaşlı Emenike "Kardemir Karabükspor"dan əvvəl Cənubi Afrika Respublikasının "Mpumalanqa" və "Kape Tovn" klublarında çıxış edib.
