26 may 2011 00:55
İnter Bolqarıstan və Avstriya arasında seçim edir
“İnter” hələlik yay hazırlıq planını müəyyənləşdirməyib. Azerisport.az xəbər verir ki,paytaxt klubu növbəti mövsümün hazırlıqlarını həyata keçirmək üçün hazırda iki variantı nəzərdən keçirir.
“Bankirlər” yay təlim-məşq toplanışını ya Bolqarıstanda, ya da Avstriyada həyata keçirəcək. Hazırlıq prosesinin hansı müddətdə həyata keçiriləcəyi və sair kimi xırda detallar da məhz məkan dəqiqləşdikdən sonra müəyyənləşəcək.
