26 may 2011 14:31
Baxşıyev: Qarabağ təklif göndərsə, baxmağa hazıram
“Neftçi”nin yarımmüdafiəçisi Elmar Baxşıyev “Qarabağ”ın onunla maraqlanmasına münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında mövsümü demək olar ki, ehtiyatda keçirən orta sahə oyunçusu bunları dilə gətirib:
“Sözün düzü, hələlik istirahət edirəm və bu barədə sizə konkret heç nə deyə bilmərəm. Mənim “Neftçi” ilə müaqviləmin müddəti iyunda başa çatır. Əgər “Qarabağ” təklif göndərsə, təbii ki, ona baxmağa hazıram”.
