26 may 2011 14:48
Mirça Rednik: Kubok mənə 250 min avro qazandırdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Rumıniya mətbuatına müsahibəsində Azərbaycan kubokunun finalında qazanılan qələbəyə görə aldığı mükafatın məbləğini açıqlayıb. Azerisport.az xəbər verir ki, həmyerlilərinə açıqlamasında o, bunları bildirib:
“Mən kuboku qazandığıma görə 250 min avro aldım. Belə bir məbləğu Rumıniyada ancaq il ərzində çalışmaqla qazanmaq olar. Elə mənim oyunçularım da rumıniyalılar da daxil olmaqla öz mükafatlarını almış oldular”.
