26 may 2011 15:01
Dalğa Arena`ın da açılışını Blatterlə Platini edəcək
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə bu ilin əvvəlindən başlayaraq AFFA tərəfindən müxtəlif tədbirlər həyata keçirilməkdədi. Azerisport.az xəbər verir ki, iyunun 6-da isə AFFA tərəfindən Mərdəkanda inşa olunmuş AFFA Futbol Mərkəzində “Dalğa Arena”nın və yardımçı meydançanın, sonra Böyük Şor qəsəbəsində inşa olunacaq 65 min azarkeş tutumlu stadionun açılış mərasimi olacaq.
Həmin gün Buta Palace-da Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək. Tədbirdə 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının loqotipi təqdim olunacaq.
Qeyd edək ki, tədbirlərdə yalnız dəvət olunmuş şəxslər iştirak edəcək. Hansı ki, aralarında FİFA və UEFA prezidentləri, eləcə də çoxsaylı digər tanınmış simalar da olacaq.
