26 may 2011 16:09
Rəşad Sadıqov: Qarabağ`a legioner lazım deyil
“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində BSU-nun tələbələri üzərində qazanılan qələbədən (18:1), yığmanın hazırkı toplanışından, qarşıdakı avrokubok və seçmə oyunlardan danışıb.
- Yığmanın hazırlıq prosesi necə gedir?
- Hərdən iki, hərdən tək məşqlə kifayətlənirik. Berti Foqts da gah toplu çalışmalara üstünlük verir, ya da yükləyir.
- Hərdən iki, hərdən tək məşqlə kifayətlənirik. Berti Foqts da gah toplu çalışmalara üstünlük verir, ya da yükləyir.
- Qazaxıstanla oyun öncəsi baş məşqçi əsasən nəyə üstünlük verir?
- Hələlik xüsusi olaraq nəyəsə üstünlük verilmir. Deməliyəm ki, bütün hazırlıqlarımız AZAL-ın süni örtüklü qazonunda gedir. Bu gündən etibarən “Xəzər Lənkəran” və “İnter”in də oyunçuları komandaya qoşulub. Yəqin ki, qarşıdakı günlərdə topla daha çox işləməli olacağıq.

- Süni örtükdə məşq etmək çətin deyil ki?
- Xoş deyil. Xüsusilə də bunun mövsümün sonuna təsadüf etməsi ağırdı. Bu, məşqləri daha da çətinləşdirir. Onsuz da yorğunuq, süni örtükdə məşq etmək bizi lap öldürür. Amma digər tərəfdən çıxış yolumuz da yoxdu. Astanada da belə süni örtükdə oynamaq məcburiyyətində qalacağıq. Odu ki, hazırlaşmağa borcluyuq.

- Dünən Bakı Slavyan Universitetinin tələbələri ilə qarşılaşdız. Bu, yığmaya nə dərəcədə fayda verdi?
- Bilmirəm. Bu, mənim qərarım deyildi ki, tələbələrlə oynayaq. Bizə dedilər, biz də oynadıq.
- Ümumiyyətlə, belə oyunda iştirak etmişdiz?
- Bu, mənim debüt matçım idi.
- Yəqin ki, istəsəydiz, tələbələrin qapısından 50 qol da vura bilərdiz?
- Güman ki, hə, vurardıq. Ümid edirəm, bizə qarşı meydanda olan hər kəs futbolun nə qədər çətin oyun olduğunu bir daha anlamış oldu. Ən azı oynayanların içində millini tənqid edənlər bir daha elə düşünməyəcək. Onlar bir daha əmin oldular ki, hər şey göründüyü qədər asan deyil. Amma biz İspaniya, İtaliya, İngiltərə, Almaniya kimi komandalarla qarşılaşmalı oluruq.

- Geridə qalan mövsümü “Qarabağ” üçün necə qiymətləndirirsiz?
- Bütövlükdə, qarşıya qoyduğumuz vəzifəni həyata keçirdik. Lakin hər bir futbolçu kimi mən də gümüş medal qazanmağı istəyirdim. Odu ki, bu mövsümü “Qarabağ” üçün uğurlu hesab etmirəm. Son turda AZAL-a məğlub olmağımıza gəlincə, bu, avrokuboklar öncəsi komandanın ancaq xeyrinə işləyəcək.

- Artıq bu mövsüm sizdən Avroliqanın qrup mərhələsinə düşmək tələb olunur...
- Qrup mərhələsi haqda düşünmək lazım deyil. Hazırda biz yalnız birinci təsnifat mərhələsi haqda düşünməliyik. Çünki ilk oyunumuz çox çətin olacaq. Ötən mövsüm əksər klublarımız məhz ilk mərhələdə büdrədi. Amma qələbə növbəti uğurların da açarı ola bilər. Bizim üçün ikinci təsnifat mərhələsindən başlamaq daha yaxşı olard. Çünki “Qarabağ”ın əksər üzvləri millidə top qovur. İstirahət üçün də vaxt olmayacaq. Almaniya ilə oyundan 3 gün sonra Türkiyəyə təlim-məşq toplanışına yollanacağıq. Püşkatmaya kimi orda olacağıq. Əgər ilk oyunu səfərdə oynasaq, Türkiyədən birbaşa həmin ölkəyə yollanacağıq. Əks halda hazırlığı Bakıda bitirəcəyik.
- Sizcə, komandaya güclənmək lazımdı?
- Ən azı 1-2 transfer həyata keçirməliyik. Yaxşı yerli futbolçular var ki, komandanı gücləndirə bilərlər. Bəzi klublar həmin futbolçuları oynatmırlar, amma buraxmaq da istəmirlər. “Qarabağ”a legioner lazım deyil. Onlar komandada kifayət qədərdi. Öz sifətimizi itirmək istəmirik. Yerli oyunçulara güvənmək lazımdı.