26 may 2011 16:14
Borussia`nın üzvü Azərbaycan millisində!
Xəbər verdiyimiz kimi, mayın 31-də, saat 18:00-da, Lənkəran şəhər Mərkəzi stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq bu gündən etibarən Bakıda yığmamızın təlim-məşq toplanışı başlayıb.
Mayın 20-dən etibarən Azərbaycan milli komandasının düşərgəsində təlim-məşq toplanışında olan Araz Abdullayev və Amit Quluzadə də bu gün U-21-in sərəncamına yollanıb. Yığmanın toplanışına dəvət olunmuş futbolçuların tam siyahısı isə aşağıdakı kimidi:
İvan Vasilyev – «Karvan»
Osman Umarov – «Abşeron»
Mirzağa Hüseynpur – «FK Mitos» (Rusiya)
Qara Qarayev – «Qarabağ»
Novruz Məmmədov – «Muğan»
Şəhriyar Xəlilov – «Xəzər Lənkaran»
Tərlan Quliyev – «Neftçi»
Kamil Nurəhmədov – «Abşeron»
Eşqin Quliyev – «Abşeron»
Emin Mustafayev – MOİK
Tural İsgəndərov – MOİK
Orxan Həsənov – «Abşeron»
Mirhüseyn Seyidov – «Neftçi»
Sergey Çernışev – «Muğan»
Cavid İmamverdiyev – «Neftçi»
Cihan Özkara – «RW Ahlen» (Almaniya)
Bahəddin Köşə – «RW Ahlen» (Almaniya)
Engin Əkrəm – «Borussia» (Münhenqladbax, Almaniya)
Ufuk Budak – «FC Frayburq» (Almaniya)
Əli Göydəmir – «Hannover 96» (Almaniya)
Araz Abdullayev – «Neftçi»
Amit Quluzadə – «Neftçi»
Qeyd edək ki, yığmanın heyətinə Almaniya klublarından dəvət olunmuş futbolçular AFFA tərəfindən xarici ölkələrdə yaşayan Azərbaycan əsilli futbolçular arasında aparılmış seleksiya işləri nəticəsində aşkara çıxarılıb.
