26 may 2011 16:37
İnter yeni mövsümün hazırlıq planını açıqladı
Azərbaycan Kubokunun final oyunun başa çatmasından sonra "İnter" komandası istirahətə yollanıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri iyunun 20-də bir araya qələcəklər.
İyun ayının 23-dən iyulun 11-dək yeni mövsümə hazırlıqlar çərçivəsində ilk təlim-məşq toplanışının keçirilməsi planlaşdırılır. İlk toplanış çox güman ki,Türkiyədə keçiriləcək.
Birinci toplanışın başa çatmasından sonra komanda qısamüddətli istirahətə yollanacaq. İyul ayının 16-dan 30-dək ikinci təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulur. Lakin hazırlığın keçiriləcəyi yer hələlik məlum deyil.
