26 may 2011 17:11
Rəvan`ı Premyer Liqada kim çalışdıracaq?
Birinci divizionu ikinci yerdə başa vuraraq növbəti mövsümdə Premyer Liqada çıxış etmək şansı qazanan “Rəvan” baş məşqçi axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, elitaya Vladislav Qədirovun rəhbərliyi altında vəsiqə qazansa da, bu günlərdə o, baş məşqçi postundan istefa verərək, bu klubun direktoru vəzifəsinə təyin olundu.
Bundan sonra paytaxt klubunu Premyer Liqada kimin çalışdıracağı hələ də qeyri-müəyyən olaraq qalmaqdadı. Bu posta ən real namizəd kimi isə Böyükağa Hacıyev göstərilir.
Qeyd edək ki, Hacıyev vaxtilə “Bakı”nı və “Standard”ı çalışdırıb.
