26 may 2011 17:36
Foqtsla millimizdən Astanada mətbuat konfransı və açıq məşq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan oyunundan bir gün əvvəl Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbir iyunun 2-də, yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 9:00), Astana şəhərindəki “Rixos President Astana” otelində baş tutacaq.
Həmin gün yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 17:00) “Astana Arena”da millimiz mətbuat nümayəndələri üçün açıq məşqə çıxacaq.
