26 may 2011 18:14
Zaur Tağızadə rəsmən Qarabağ`ın məşqçisi oldu
“Qarabağ” 2010/11 mövsümünə yekun vurduqdan sonra dərhal ilk transferini reallaşdırdı. Azerisport.az xəbər verir ki, “Neftçi”nin əvəzedici heyətində çalışan Zaur Tağızadə artıq rəsmən Ağdam klubunun məşqçisidi.
Tağızadə yeni klubundakı işiylə bağlı ilk təəssüratlarını bölüşüb: “Qarabağ” kimi böyük camiədə çalışmaq olduqca xoş duyğudu. “Qarabağ” rəhbərliyinə və Qurban Qurbanova göstərdikləri etimada görə öz təşəkkürümü bildirirəm. Artıq karyeramda yeni səhifə açmışam. Futbolçu kimi öyrəndiklərimi məşqçi kimi təkmilləşdirmək istəyirəm. Qurban Qurbanovla birgə futbol oynamışam. Eyni zamanda mənim məşqçim də olub. Onun futbol təfəkkürünə bələdəm. “Qarabağ” son 2 ildə Avroliqada uğur qazanmaqla yanaşı özünəməxsus dəsti-xətti olan klubdu. Oynadığı hücumameyilli, rəngarəng futbolun azarkeşlərə zövq verdiyini düşünürəm. İnşallah, “Qarabağ”ın uğur qazanması üçün əlimdən gələni etməyə çalşacam. Rəhbərlik “Qarabağ”da əla, mehriban kollektiv yaradıb. Komandanın uğur qazanması üçün istənilən şərait formalaşdırılıb. İnanıram ki, əməkdaşlığımız uzunmüddətli və uğurlu olacaq”.
