26 may 2011 18:31
AZAL 2 oyunçusunu transferə çıxardı
Bu il ölkəmizi Avroliqada təmsil edəcək AZAL transfer fəaliyyətinə start verib. Azerisport.az xəbər verir ki, klub rəhbəliyi ilk öncə komandadan gedənlərin siyahısını açıqlayıb. Belə ki, Qvidas Yuşka, Eleandro Pema, Draqan Mandiç, Mirko Bunjevceviç və Elşən Poladovun getməsi rəsmiləşib.
Gürcü Nuqzar Kvirtiyanın da anlaşmasının müddəti qurtarıb. Onunla yeni müqavilə ilə bağlı danışıqlar gedir.
Yeni transferlərə gəlincə, klub menecerlərinə bir sıra ölkələrdən legionerlər təklif olunub. Məşqçilər korpusu hazırlıq prosesi zamanı Portuqaliya, Bosniya və Herseqovina, Serbiya, Çernoqoriya, Makedoniya, Sloveniya, Bolqarıstan, Belçika və Braziliyadan dəvət olunacaq bir sıra futbolçuları baxışdan keçirəcək.
Lakin paytaxt klubundan daha iki futbolçu gedə bilər. Belə ki, klub rəhbərliyi və məşçilərin bu günkü iclasından sonra iki oyunçunun transerə çıxarılması ilə bağlı qərar qəbul olunub. Bunlar Elvin Əliyevlə Anar Həsənovdu. Ötən ilin yayında "Bakı"dan transfer olunan Elvin öz xahişi komandadan getmək istədiyini bildirib və o dərhal transferə qoyulub. Əliyevin yenə sabiq klubuna qayıdışı daha yüksək qiymətləndirilir. Anar Həsənovun isə hazırlıq səviyyəsi məşqliləri qane etmədiyindən onu heyətdən çıxarılması məqsədəuyğun sayılıb. (klubun saytı)
