26 may 2011 11:30
Mirça Rednik: Yeni vəzifəmiz Avroliqanın qrup mərhələsinə düşməkdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik azerisport.az saytına müsahibəsində geridə qalan mövsümü dəyərləndirməklə yanaşı həm də qarşıdakı planlardan danışıb.
- Azərbaycan kubokunu qazandıqdan sonra özünüzü necə hiss edirsiz?
- Mən finaldan sonra çox xoşbəxtəm. Bu kubok bizim üçün çox vacib idi. Axı biz kifayət qədər ağır bir mövsüm keçirmişdik. Mənə elə gəlir ki, kuboku qazanmağımız və çempionatda ikinci yeri tutmağımız heç də pis nəticə deyil. Axı nəzərə almaq lazımdı ki, mən heç də tanımadığım bir ölkədə buna nail oldum.

- Penalti seriyası zamanı nə düşünürdüz?
- Həmin anda hiss etdiklərimi sözlə demək çətindi. O vaxt nə isə haqda düşünmək çox çətin idi.
- Həmin anda hiss etdiklərimi sözlə demək çətindi. O vaxt nə isə haqda düşünmək çox çətin idi.
- Siz məşqlərdə penalti seriyasına hazırlaşmışdız?
- Bəli. Hətta Elnur Abdullayev də bu mənada ən yaxşılardan biri idi. Hesab edirdim ki, o, Oparadan daha yaxşı penalti vurur. Lakin o oyun zamanı büdrədi və dəqiq zərbə vura bilmədi. Bu, hər kəsin başına gələ bilər. Buna görə onu günahlandırmaq olmaz.

- Amma Kamran Ağayev Abdullayevin səhvini yuya bildi..
- Bəli, Kamran əla oynadı. O, ölkənin ən yaxşı qapıçısıdı və mən şadam ki, belə bir qolkiper məhz bizimlədi
- Avrokuboklar öncəsi nə kimi dəyişikliklər gözlənilir?
- Bəzi dəyişikliklər olacaq. Hazırkı heyətimiz birinci mövsüm üçün normal idi. Lakin Avropa Liqasında bizi daha çətin matçlar gözləyir. Odu ki, keyfiyyətli oyunçularla güclənməyə ehtiyac var.
- Özünüz üçün kimlərin gedəcəyini dəqiqləşdirmisiz?
- Cümə axşamı klub prezidenti ilə görüşəcəm. Gələcək planlarımızı da məhz həmin görüşdə müzakirə edəcəyik. Bəzi futbolçular var ki, mən onları komandamda görmək istərdim.
- Cümə axşamı klub prezidenti ilə görüşəcəm. Gələcək planlarımızı da məhz həmin görüşdə müzakirə edəcəyik. Bəzi futbolçular var ki, mən onları komandamda görmək istərdim.
- Onlar rumındılar?
- Xeyr, rumınların komandadakı sayı azalacaq. Onlardan yalnız dördü qalacaq.
- Xeyr, rumınların komandadakı sayı azalacaq. Onlardan yalnız dördü qalacaq.
- “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla danışa bildiz?
- Bəli, o, oyundan dərhal sonra məni təbrik etdi. Bundan sonra da uğurlarımıza inandığını bildirdi.
- Bildiyimiz qədərilə, siz hələ XL-la yeni müqavilə imzalamamısız...
- Bəzi kiçik detallar qalıb. Qarşıda bizi çətin işlər gözləyir və komandam buna hazır olmalıdı. Artıq iyunun 16-da komanda toplanışa yığışacaq. Böyük ehtimalla avrokuboklara Avstriyada hazırlaşacağıq.
- İyunun 20-də Avropa Liqasının ilk iki mərhələsinin püşkatması keçiriləcək. İkinci mərhələdə kimi özünüzə rəqib görmək istərdiz?
- Bu haqda danışmaq hələ tezdi. Amma mənlik olsaydı, onların ən güclüsü ilə qarşılaşmaq istərdim. Çünki XL istənilən rəqibini keçməyə borcludu. Axı bizim yeni vəzifəmiz Avroliqanın qrup mərhələsinə düşməkdi.

- Nəzərə alsaq ki, XL avrokuboklarda bir dəfə də qələbə qazana bilməyib, bu, nə dərəcədə realdı?
- Niyə də real olmasın? Bütün komanda səylə çalışdı ki, Azərbaycan kubokunu qazansın və buna da nail oldu. İndi isə özümüzü Avroliqada göstərmək istəyirik. Qarşıya qoyduğumuz məqsədə çatmaq üçün bizə üç mərhələ keçmək lazımdı. Düşünmürəm ki, bu, o qədər də çətin vəzifədi. Sadəcə, püşkdən də müəyyən şeylər asılıdı.