26 may 2011 12:14
Xəzər Lənkərandan kimlər gedəcək?
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik saytımıza verdiyi müsahibədə də qeyd edib ki, komandada sadəcə 4 rumıniyalı futbolçu saxlayacaq. Azerisport.az xəbər verir ki, komandanın son oyunlarına əsasən həmin dördlüyün kimlərdən ibarət olacağını proqnozlaşdırmaq mümkündü.
Belə ki, böyük ehtimalla bu futbolçular müdafiəçi Manuel Skarlatake, yarımmüdafiəçilər Andrey Mureşan, Nikolae Muşat və Adrian Pit olacaq. Yeri gəlmişkən, kubokun finalında son üç futbolçu dəqiq penalti zərbəsi ilə komandasına uğur gətirən futbolçulardan olmuşdular.
Belə olan halda müdafiəçi Kosmin Frasinesku, yarımmüdafiəçilər Xristu Kyaku, Stelian Stanku və Katalin Domanın yola salınacağını güman etmək çətin deyil. Baxmayaraq ki, Kyaku digərlərinə nisbətən sonradan meydana çıxmasına rəğmən, heç də pis təsir bağışlamırdı.
