27 may 2011 11:01
Azərbaycan millisi 5 qol buraxdığı rəqibindən qisas ala bilmədi (YENİLƏNİB)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, Təbriz Həsənovun komandası Serbiyanın Belqrad şəhərində məhz bu ölkədən olan həmyaşıdları ilə sınaq matçına çıxıb.
Maraq üçün xatırladaq ki, bu komandalar 3 gün öncə də münasibətlərinə aydınlıq gətirmişdi. Həmin qarşılaşma meydan sahiblərinin 5 cavabsız qollu qələbəsilə başa çatmışdı. Lakin bu dəfəki görüşdə tərəflər sülhə razılaşıblar - 1:1. Yığmamızın heyətində David Qarayev fərqlənib.
Yoldaşlıq oyunu
26 may
Serbiya – Azərbaycan - 1:1
