26 may 2011 12:47

Bakıda 65 minlik stadionun təməlqoyma mərasimi keçiriləcək

Bakının "Əzizbəyov" metrostansiyasının yaxınlığında iyunun 6-da 65 minlik stadionun tikintisinin təməlqoyma mərasimi olacaq. Azerisport.az xəbər verir ki, bunu Trend-ə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
 
Məmmədovun sözlərinə görə, stadionun təməlqoyma mərasimi Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutacaq. Mərasimdə UEFA prezidenti Mişel Platini və FİFA prezidenti Jozef Blatter də iştirak edəcəklər.
 
"İyunun 6-da həmçinin Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzinin açılışı olacaq", - baş katib bildirib. Onun sözlərinə görə, mərkəzlə yanaşı, həmin ərazidə 6 min tamaşaçı tutumlu stadionun rəsmi açılışı olacaq.
 
Yubiley tədbirləri "Buta Palace"da təşkil olunacaq təntənəli mərasimlə yekunlaşacaq. Məmmədov qeyd edib ki, mərasimdə FİFA və UEFA rəhbərliyindən başqa, 35 federasiyadan qonaqlar iştirak edəcək, UEFA-ya daxil olan bəzi federasiyaların prezidentləri gələcək.
 
"Tədbirdə 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət milli komandalar arasında dünya çempionatının loqotipi də təqdim olunacaq", - AFFA-nın baş katibi deyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.