26 may 2011 13:00
Elvin Əliyev: Bakı məni istəyən yeganə klub deyil
AZAL-ın müdafiəçisi Elvin Əliyev yenidən sabiq klubu “Bakı”ya dönüşünü qiymətləndirib. Azerisport.az xəbər verir ki, paytaxtın eyniadlı klubu keçmiş oyunçusunu geri qaytarmaqda maraqlı olduğu kimi, futbolçu da dönməkdə maraqlıdı:
“Mən hələ daha bir il AZAL-a məxsusam. Hələlik konkret heç nə deyə bilmərəm. Həm də “Bakı” xidmətimdə maraqlı olan yeganə klub deyil. Əgər sərfəli təklif irəli sürsələr, niyə də qayıtmayım”?
