26 may 2011 01:44
Zeynal Məmmədov yeni transferlərdən danışdı
“Bakı”nın baş meneceri Zeynal Məmmədov komandasının növbəti mövsüm üçün transfer siyasətindən danışıb. Azerisport.az saytına müsahibəsində paytaxt klubunun rəsmisi xüsusilə legioner seçiminə xüsusi diqqət yetirəcəklərini deyib:
“Hələlik mən komandada hansı yeni futbolçuların olacağından danışa bilmərəm. Aleksandr Starkov Bakıya qayıtdıqdan sonra yeni transferlər barədə düşünəcəyik. Legionerlər olacaqmı? Yalnız həmin legionerləri transfer edəcəyik ki, komandaya fayda verəcəyi real olsun. Əgər əcnəbi futbolçu yerli oyunçudan fərqlənmirsə, onu götürməyin nə faydası”?
