27 may 2011 13:33
Daha bir futbolçu dopinqdə ilişdi
Dünən İngiltərə Futbol Assosasiyasının İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda çıxarılan ən sərt qərar “Manchester City”nin yarımmüdafiəçisi Kolo Ture ilə bağlı olub.
Belə ki, sözügedən oyunçu ciddi cəza alıb. Fil Dişi Sahilindən olan futbolçu altı ay müddətində yaşıl meydanlardan kənarda qalacaq. Buna səbəb Turenin dopinq qəbul etməsi olub. Onunla bağlı ittiham sübut olunub və futbolçuya belə cəza verilməsinə qərar verilib.
