27 may 2011 14:22
Muğan birinci divizionda çıxış edə bilər
“Muğan” növbəti mövsüm birinci divizionda çıxış edə bilər. Azerisport.az xəbər verir ki, buna “Rəvan”ın elitaya yüksəlməsi səbəb ola bilər.
Məsələ burasındadı ki, bu iki klubun sponsorluğu eyni mənbədəndi və sözügedən məqamın əlavə problemlərə şərait yaratması istisna olunmur. Belədə, rəhbərliyin sözügedən problemi necə yoluna qoyacağı, eləcə də futbol rəhbərliyimizin bu məsələyə necə münasibət göstərəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, “Muğan” son mövsümdə Premyer Liqanı 8-ci pillədə bitirib.
