27 may 2011 15:11
AFFA tərəfdaşıyla əməkdaşlığın müddətini uzatdı
AFFA rəhbərliyi “Azercell” ilə əməkdaşlığın müddətini artırmağa qərar verib. Azerisport.az xəbər verir ki, artıq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “Azercell Telekom” MMC arasında bağlanmış sponsorluq müqaviləsi daha 1 il müddətinə artırılıb.
Xatırladaq ki, AFFA ilə “Azercell” şirkəti arasında müqavilə 2009-cu il mayın 24-də imzalanmışdı.
