27 may 2011 15:28
Parks aprel, Adamiya may ayının ən yaxşısı seçildi
Azərbaycan Premyer Liqasının aprel və may ayları üçün ən yaxşı oyunçularının adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu gün PFL-təşkil etdiyi tədbirdə məlim olub ki, “Xəzər Lənkəran”ın hücumçusu Uinston Parks aprelin, “Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya isə mayın ən yaxşı futbolçusu adını qazanıb.
Peşəkar Futbol Liqasının klubların baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən müəyyən olunmuş qaliblərin mükafatlandırılıma mərasimi bu gün təşkil olunub. Məhz bu mərasimdə bildirilib ki, 25 KİV və 12 klubun iştirakı ilə keçirilən səsvermədə Parks ümumi səslərin 30, Adamiya isə 58 faizini toplayıb.
Futbolçular ənənəvi olaraq rəmzi 1111 manatlıq hədiyyə çekinə layiq gürülüb. Lakin hər iki oyunçu mövsüm başa çatdığı üçün vətənlərində istirahətdə olduğundan, onların mükafatları çıxış etdikləri klubların nümayəndələrinə təqdim olunub.
