27 may 2011 15:52
Bolqarıstan – Tovuz, Tovuz - Bolqarıstan
“Turan”ın sabiq baş məşqçisi Naci Şensoy yenidən karyerasını Bolqarıstanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, mövsüm başa çatmamış Tovuz klubunun sükanı arxasından uzaqlaşdırılan türkiyəli mütəxəssis həmişəki kimi vətəninə yox, Bolqarıstana üz tutub.
Maraq üçün bildirək ki, Naci Şensoy bir qayda olaraq həmişə Bolqarıstan – Tovuz, Tovuz – Bolqarıstan marşrutu ilə işləyib. Düzdü, bir ara o, Türkiyədə də azacıq fəaliyyət göstərsə də, əksər hallarda Bolqarıstan klubundan “Turan”a, “Turan”dan isə Bolqarıstan klubuna gedib.
Türkiyəli mütəxəssis “Turan”dan ayrıldıqdan sonra yenə Balkan ölkəsinə məxsus klublardan biriylə danışıqlar apardığını bildirib: “Bolqarıstan klublarından biriylə danışıqlar aparıram. Amma hələlik konkret heç nə olmadığından ətraflı nəsə deyə bilmərəm”.
