27 may 2011 16:01

Mahmud Qurbanov: Bu variant mənə də maraqlıdı

“Bakı”nın sabiq yarımmüdafiəçisi Mahmud Qurbanov paytaxt klubuyla yollarını ayırmasından, “Gəncə”dən aldığı dəvətdən, uğursuz mövsümdən, eləcə də Azərbaycan yığmasından danışıb.
 
- “Bakı”dan necə ayrıldız?
- Dostcasına. Mənim klubla müqaviləmin müddəti başa çatdı, nəticədə azad agent kimi ayrıldım. Klub rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm, xüsusilə də klub prezidenti Hafiz Məmmədova. “Bakı” son iki ildə mənim üçün doğma evim kimi idi.
 
- Özünüz yenə oynayacaqsız?
- Hələlik, qərar verməmişəm. Mənə daha iki həftə möhlət verin, qərarımı ondan sonra açıqlayacam.
 
- “Gəncə”nin təklifi nə dərəcədə realdı?
- Mənə “Gəncə”nin baş məşqçisi Mehman Allahverdiyev zəng etmişdi. Dedi ki, səni sıralarımızda görmək istəyirik. Bu variant mənə də maraqlıdı. Axı “Gəncə” mənim karyeramda xüsusi yer tutur.
 
- “Bakı”dakı son mövsümü necə dəyərləndirərdiz?
- Mənə elə gəlir ki, bu uğursuzluqda oyunçulardan tutmuş jurnalistlərə kimi hər kəsdə günah var idi. Hansı saytı, qəzeti açırdınsa, yazırdılar “Bakı”nın əla heyəti var, əla oyunçulara malikdi. Amma əslində göstərdiyimiz nəticələr heç də bunu sübut etmirdi.
 
- Bəlkə, əsas problem o vaxt Cüneyt Biçərlə yolları ayırmaq oldu?
- Məşqçilərlə bağlı qərarlar rəhbərliyə məxsusdu. Lakin mənə elə gəlir ki, bizdə hər şey kubokdakı qələbədən sonra başladı. Həmin vaxtdan sonra bəzi futbolçular özlərini ulduz hesab etməyə başlamışdı. Bax buna görə də “Bakı” bütün mövsümü boşa verdi.
 
- Siz təsadüfən Jabanı nəzərdə tutmursuz?
- Həmkarlarım haqda danışmağı sevmirəm, amma səhvlər var idi. İstənilən halda Braziliyadan olan uşaqlar intizama o qədər də əməl etmirlər. Lakin bütün bu problemlər də yanvara kimi, Aleksandr Starkovun gəlişinə qədər diqqət çəkirdi.
 
- Sizcə, Vaqif Cavadov niyə özünü “Bakı”da göstərə bilmədi?
- Cavadov Hollandiyaya gedənə kimi yaxşı oynayırdı. Lakin ora getdikdən sonra əvvəlki formasını itirdi. Hər şeydə onu günahlandırmaq lazım deyil. Guya bu mövsüm yaxşı oyun göstərən oldu ki?

 
- İyunda millimizi səfərdə qazaxlarla, evdə isə almanlarla çətin oyunlar gözləyir. Bəs siz yığmadan nə gözləyirsiz?
- Qazaxıstan bizim əsas rəqibimizdi. Bu matç daha ağır olacaq. Rəqibimiz Astanada qələbə qazanmaq istəyəcək. Biz qazaxlardan güclüyük. Sadəcə bunu meydanda göstərmək lazımdı. Əgər onlara qalib gələ bilsək, onda Bakıda almanlarla oyunda da maksimuma nail olmaq mümkün olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.