27 may 2011 16:21

“Tağızadə Neftçi ilə bağlı açıqlamalarında diqqətli olmalıdı” (FOTO)

“Neftçi”nin İctimaiyyət və Mətbuatla Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu komandanın əvəzedici heyətində məşqçi kimi çalışan Zaur Tağızadənin istefa verərək “Qarabağ”a getdikdən sonra verdiyi bəzi açıqlamalara münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, keçmiş oyunçularının “ağ-qaralar”dan narazı qalmasının heç bir əsasının olmadığını iddia edib:

“Neftçi” həmişə öz tarixinə hörmətlə yanaşıb. Klub prezidenti Sadıq Sadıqov tərəfindən də Zaur Tağızadəyə həmişə hörmət göstərilib. Ona hətta əsas komandamızda məşqçi kimi çalışmaq da təklif olunmuşdu.
 
Zaur açıqlamalarında bir qədər diqqətli olmalıdı. Bu, ona başucalığı gətirmir. Ümumiyyətlə, o, diqqətsizlikdən danışa bilməz. “Xəzər Lənkəran”la çempionatın son həlledici oyunundan öncə biz Zaur üçün vida matçı keçirmək istəyirdik. Özü də bunu bilirdi. Lakin o, həmin vaxt ölkədə deyildi. Hətta onun üçün xüsusi forma da hazırlamışdıq. Hər halda Tağızadə buna layiq idi. Çünki “Neftçi” üçün çox güc sərf edib, klubumuzun canlı əfsanələrindən biri sayılır. Ola bilər ki, o, kimdənsə incikdi. Amma bu da keçmiş “Neftçi”li kimi komandası haqda elə danışmağa əsas vermir”.
 
Əşrəfoğlu hər şeyə rəğmən keçmiş futbolçularıyla fəxr etdiklərini və gec-tez Tağızadə üçün vida matçı keçirəcəklərini bəyan edib: “Zaurun “Qarabağ”a gedişi də elə bizim uğurumuzdu. Necə ki, vaxtilə Qurban Qurbanovla Rəşad Sadıqov da onun kimi “Neftçi”dən gedib. Ümumiyyətlə, Premyer Liqada kifayət qədər keçmiş “Neftçi”li var. Bu da bizi ancaq və ancaq sevindirə bilər. Zaur üçün vida matçına gəlincə, onu mütləq keçirəcəyik. Bizdə hətta Zaur üçün xüsusi forma da hazırlanıb”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.