27 may 2011 17:42
Arif Əsədov: ÇL-dəki ilk oyunumuzun səfərdə olmasını istərdik
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov ölkəmizi təmsil edəcəkləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqiblərini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim üçün kiminlə oynayacağımızın elə də fərqi yoxdu. Bu haqda heç düşünmürük də. Püşkatmadan sonra düşünərik. “Neftçi” ilə kim düşür düşsün, ilk oyunun səfərdə keçirilməsini istərdim. Çempionlar Liqasına hazırlıqlara gəlincə, təlim-məşq toplanışının birinci mərhələsini Avstriyada keçirməyi planlaşdırmışıq. Elə ordan da ilk oyunumuzu keçirəcəyimiz ölkəyə yollanmaq istəyirik. Təbii ki, ilk oyunumuz səfərdə olsa”.