27 may 2011 17:50
Everton Abdullayevi yenidən İngiltərəyə çağırdı
İngiltərənin "Everton" klubundan "Neftçi" PFK-ya məktub daxil olub. Azerisport.az xəbər verir ki, məktuba əsasən futbolçu Araz Abdullayevin bu il iyulun 5-də Liverpul şəhərini təmsil edən komandanın düşərgəsində olması nəzərdə tutulub.
Bundan sonra "Neftçi"nin yetirməsinin "Everton"un heyətində təlim-məşq toplanışında iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Araz Abdullayev hazırda Azərbaycanın 21 yaşadək yığma komandasının düşərgəsindədi. U-21 mayın 31-də Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək. Araz İngiltərəyə də məhz həmin qarşılaşmadan sonra yollanacaq.
