27 may 2011 18:46
Qarabağ erməni klubları, AZAL Fulham ilə qarşılaşa bilər
2011-2012 mövsümündə Avropa Liqasında çıxış edəcək klubların siyahısına demək olar ki, aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, iyunun 23-də baş tutacaq püşkatma öncəsində səbətlər artıq müəyyənləşib.
Azərbaycanın ən yüksək reytinqə malik komandası “Qarabağ”, eləcə də AZAL yarışa 1-ci təsnifat mərhələsindən qoşulacaq. Ağdam klubu güclülərin qərarlaşdığı səpələnmişlərin arasında, “təyyarəçilər” isə əks səbətdə yer alacaq.
Artıq həm “Qarabağ”ın, həm də AZAL-ın potensial 24 rəqibi demək olar ki, bəllidi. Bu mənada yalnız AZAL-ın Çernoqoriyadan və Polşadan olan iki potensial rəqibinin kimliyi qaranlıq qalır.
Qeyd edək ki, “Qarabağ” ilk mərhələni keçəcəyi təqdirdə 2-ci təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq. AZAL isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq təmsilçimiz “Xəzər Lənkəran”la birgə səpələnməmişlər arasında olacaq ki, bu üzdən hər iki klubumuzun bəxtinə çətin rəqibin düşməsi istisna deyil. Amma bunun üçün Nazim Süleymanovun komandası hələ birinci mərhələni də uğurlu adlamalıdı. “Qarabağ”ın işi isə həm birinci, həm də ikinci mərhələdə asan olacaq və Qurban Qurbanovun komandası ən azı reytinqcə özündən zəif rqəbilərini çətinlik çəkmədən mübarizədən kənarlaşdırmağa borcludu.
Xatırladaq ki, Avroliqanın ilk təsnifat mərhələsinin oyunları iyunun 30-da, cavab görüşləri isə 7-də keçiriləcək. Növbəti mərhələ də 1 həftə aralığında - iyulun 14-ü və 21-də keçiriləcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsi
Səpələnmişlər: Fulham (İngiltərə), “Elfsborg”, “Hacken” (hər ikisi İsveç), “Tromse”, “Aalesund” (hər ikisi Norveç), “Sent Patricks” (İrlandiya), “Qarabağ” (AZƏRBAYCAN), “Rabotnicki”, “Renova” (hər ikisi Makedoniya), “Spartak” (Trnava, Slovakiya), “Olimpi”, “Dinamo” (hər ikisi Gürcüstan), “Honka” (Finlandiya), “Varazdin” (Xorvatiya), “Minsk” (Belarus), Polşa təmsilçisi, “Rad” (Serbiya), “Şiroki Brijeg” (Bosniya və Herseqovina), TNS (Uels), “Reykjavik” (İslandiya), “Koper” (Sloveniya), Çernoqoriya təmsilçisi, “Birkirkara” (Malta), “Paks”, “Ferencvaros” (hər ikisi Macarıstan).
Səpələnməmişlər: “Glentoran”, “Cliftonville” (hər ikisi Şimali İrlandiya), “Milsami” (Moldova), “Banga” (Litva), “Daugava” (Latviya), “Olimpija” (Sloveniya), “Flamurtari”, “Vlaznia” (hər ikisi Albaniya), “Narva Trans” (Estoniya), AZAL (AZƏRBAYCAN), “İrtış”, “Şaxtyor” (hər ikisi Qazaxıstan), “Zeta” (Çernoqoriya), “Banants”, “Ulisses” (hər ikici Erməniatan), “Kalju” (Estoniya), “Vestmannaeyar” (İslandiya), “Runavik”, “Fuglafjordur” (hər ikisi Farer adaları), “Tre Penne” (San-Marino), “Neath” (Uels), “Kaerjeng”, “Fola Esch” (Lüksemburq), “Lusitanos”, “Santa-Coloma” (hər ikisi Andorra).
