27 may 2011 19:26
TFF prezidenti Bakıya gələcək
Xəbər verdiyimiz kimi, iyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirlərə FİFA və UEFA-nın, həmçinin beynəlxalq futbol qurumlarının üzvü olan milli assosiasiyaların rəhbərliyi dəvət olunub.
UEFA İcraiyyə Komitəsinin üzvləri Şenes Erzik, Marios Lefkaritis və Danimarka Futbol Federasiyasının prezidenti (eyni zamanda UEFA İcraiyyə Komitəsinin üzvü) Allan Hansenin Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərində iştirak edəcəyi barədə məlumat vermişdik. Yubiley tədbirlərində iştirak etmək üçün Bakıya gələcək daha bir qonaq isə Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgener olacaq.
