27 may 2011 19:32
XL ilk yay transferini gerçəkləşdirdi (FOTO)
Bu gün “Xəzər Lənkəran” Futbol Klubu qapıçı Kamal Bayramovla iki illik müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, Kamal cənub təmsilçisinə “Turan”dan keçib.
25 yaşlı qolkiper peşəkar karyerasına “Neftçi”də başlayıb. O, bu klubda 2001-2002-ci illərdə oynayıb. Sonradan Kamalın futbol karyerasında zədə ucbatından uzundövrlü fasilə yaranıb. Bayramov meydana yenidən 2007-ci ildə qayıdıb. O zaman qapıçı “Muğan” klubunun şərəfini qoruyurdu və məhz o dövrdə (2007/2008 mövsümündə) “Muğan” Premyer Liqaya yüksəldi.
Kamalın son oynadığı klub isə “Turan” olub. Bu klubda o, 2009-cu ildən çıxış edirdi.
Kamal Bayramov evlidi, bir oğlu var.
