27 may 2011 11:27
Julius Vobay: Əminəm ki, Avroliqada da uğur qazana biləcəyik
Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Julius Vobay azerisport.az saytına müsahibəsində Azərbaycan kubokunun finalında qazanılan qələbədən və öz oyunundan danışıb.
- Azərbaycandakı çıxışınız dövründə elə də çox qol vurmadınız. Amma vacib oyunlarda, məsələn, “Neftçi” ilə qarşılaşmada fərqlənə bildiniz. Kubokun final matçında da qol vurmağı çox istəyirdiz?
- Əlbəttə. Bunu necə istəməmək olar? Meydana hər çıxdığımda qol vurmağa çalışıram. İstənilən halda bu, futboldu, mən də vurmasam, çalışıram ki, bütün komanda qalib gələ bilsin.
- Gözləyirdiz ki, hər şeyə penalti seriyasında aydınlıq gəlsin?
- Biz hər şeyə hazır idik.
- Biz hər şeyə hazır idik.
- Son dəqiqələrdə əvəzləndiniz. Lakin biz bildiyimiz qədərilə penalti zərbələrini elə də pis vurmursuz...
- Xeyr, məsələ onda deyil ki, mən penalti vura bilmirəm. Əksinə, mən 11 metrlik zərbələri çox yaxşı yerinə yetirirəm. Amma baş məşqçi belə istədi və o dəyişdisə, deməli, belə də lazım idi.
- Bəs oyunu bütövlükdə necə qiymətləndirərdiz?
- Biz gözəl və yaxşı oyunun şahidi olduq. Elə finala layiq bir oyun idi. Komandamız öz oyunu ilə də göstərdi ki, finala layiqli şəkildə yüksəlib. Qələbəyə də layiq idik. Mən çox şadam ki, bu titula sahib çıxa bildik.

- Demək olar ki, XL “İnter”ə qarşı ən yaxşı oyununu sərgilədi?
- Biz yaxşı oynadıq. Siz də başa düşürsüz ki, bu, final oyunu idi. Belə oyunlar da istənilən halda digərlərindən fərqlənir. Özü də burda sıradan rəqib olmur. Buna görə də çətin olur. Hesab edirəm ki, çox yaxşı oynadıq, nəticədə də qələbə qazandıq.

- İndi isə komandanı avrokuboklarda çətin sınaqlar gözləyir...
- Bəli. Çalışırıq ki, “Xəzər Lənkəran”a qarşıdakı oyunlarda kömək edək. Əminəm ki, biz layiqli şəkildə oynaya və uğur qazana biləcəyik.
- Təsadüfi hallarda sizin kimi həm sağ, həm də sol cinahda eyni səviyyədə çıxış edə bilən futbolçuya rast gəlmək olur...
- Düzünü deyim ki, mənim üçün hansı cinahda çıxış etməyin elə də fərqi yoxdu. Hərdən mərkəzdə də çıxış edirəm. Bütün bunlara artıq baş məşqçi qərar verir. Harda deyir, orda da oynayıram. Əsas odu ki, bu, komandaya uğur gətirsin.