27 may 2011 11:40
Şotlandiyalı qapıçı Qəbələ`yə gəlir
“Qəbələ” Şotlandiyanın “Hibernian” klubunun qapıçısı Qrem Smitlə maraqlanır. Azerisport.az xəbər verir ki, Toni Adamsın komandası hazırda sözügedən futbolçunu sıralarına qatmağın mümkünlüyünü nəzərdən keçirir.
Qeyd edək ki, bu qapıçının 28 yaşı var. Karyerasının böyük hissəsi məhz elə “Hibernian”la bağlıdı. Lakin onun bölgə təmsilçisində ikinci qapıçı olmağa nə dərəcədə razı olacağı maraqla gözlənilir.
Hazırda “Qəbələ”nin əsas qapıçısının Pavel Doroşev olduğunu da qeyd edək.
