27 may 2011 00:11
AZAL-ın ilk transferləri müəyyənləşdi
AZAL ilk transferlərini gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq iki futbolçu ilə ilkin razılıq əldə edib.
Bunlar ötən mövsümü “Muğan”da keçirmiş hücumçu Elşən Məmmədovla qapıçı Amil Ağacanovdu. Qeyd edək ki, hər iki futbolçu Salyan klubunda əsas heyət üzvü hesab olunurdu. Ağacanov həm də “Muğan”ın kapitanı idi. Lakin görünür “təyyarəçilər”in bu yay avrokuboklarda çıxış etməsi onların gələn dəvəti müsbət qarşılamasına şərait yaradıb.
