27 may 2011 12:20
İnter dörd futbolçu ilə yollarını ayırır
Cari mövsümü demək olar ki, boşa verən “İnter” uğursuz çıxışının qarşılığında heyətində ciddi islahatlara hazırlaşır. Azerisport.az xəbər verir ki, artıq paytaxt klubunun yollarını ayıracağı bəzi futbolçuların kimliyi də dəqiqləşib.
Bu siyahıya hələ qışda komandadan gedəcəyi gözlənilən hücumçu Robertas Poşkus, eləcə də yarımmüdafiəçi Filip Despotovski başçılıq edir. Onlarla yanaşı yarımmüdafiəçi Petar Zlatinovla müdafiəçi Danildo Assioli də “qara siyahı”dadı.
