27 may 2011 12:43
Schalke`nin oyunçusu Bakıya gəlir
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv komandasına əlavə bir futbolçu çağırmaq məcburiyyətində qalıb. Azerisport.az xəbər verir ki, Bundestimin çalışdırıcısı “Schalke”nin orta sahə oyunçusu Benedikt Hövedesi də yığmaya dəvət edib.
Qeyd edək ki, Löv bunu məcburiyyətdən etməli olub. O, öncədən Bastian Şvaynştaygerlə Sven Benderi milliyə çağırdığı üçün Hövedesə ehtiyac duymamışdı. Lakin sözügedən iki futbolçunun zədəli və qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək durumda olması baş məşqçini belə qərar verməyə məcbur edib.
Almaniya yığmasının mayın 29-da yoldaşlıq görüşü çərçivəsində Uruqvayla, iyunun 3-də və 7-də isə müvafiq olaraq AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya və Azərbaycanla qarşılaşacağını da vurğulayaq.
