27 may 2011 00:58
Tağızadə: Neftçidə birgə işləmək istəmədiyim bəzi adamlar var idi
“Qarabağ”ın yeni məşqçisi Zaur Tağızadə azerisport.az saytına müsahibəsində “Neftçi”dən gedişindən, eləcə də hazırlkı klubuna keçidindən danışıb.
- “Qarabağ”a keçidiniz bir qədər gözlənilməz alındı. Elə karyeranızı bitirməniz kimi...
- Qurban Qurbanov mənimlə əlaqə saxladı və öz komandasında çalışmağımı istədiyini bildirdi. Ondan sonra “Qarabağ” rəhbərliyi ilə görüşdüm və şərtləri konkretləşdirdim və çox düşünməyə ehtiyac qalmadı.
- Deməli, siz “Neftçi”nin əvəzedici komandasında çalışmaq istəmirdiniz?
- Təbii ki, hər bir futbol adamı kimi gücümü Premyer Liqada sınamaq istədim.
- Lakin bildiyimizə görə, sizə o vaxt “Neftçi”nin də əsas komandasında çalışmaq təklif olunsa da, siz imtina etmisiz...
- Həqiqətən də ötən mövsümün əvvəlində mənə belə bir təklif olmuşdu. Lakin mən orda çalışmaq istəmədim. “Neftçi”də bəzi adamlar var ki, onlarla birgə işləmək istəmirdim.
- “Xəzər Lənkəran”la oyundan öncə sizin üçün vida matçı təşkil olunması ilə bağlı təklif verilmişdi?
- Bu haqda heç nə eşitməmişəm. Mən ümumiyyətlə son günlərdə ölkə ərazisində deyildim. Hər ehtimala qarşı müəyyən nüanslar var ki, onları etmək istəmirəm.
- Hazırkı “Qarabağ”a Zaur Tağızadə nə verə bilər?
- (gülür) İndi dərhal nəsə deyə bilmərəm ki, nə verə bilərəm? Zaman göstərəcək. Hər halda bura zaman keçirmək üçün gəlməmişəm. İşləməli və inkişaf etməliyəm.
- (gülür) İndi dərhal nəsə deyə bilmərəm ki, nə verə bilərəm? Zaman göstərəcək. Hər halda bura zaman keçirmək üçün gəlməmişəm. İşləməli və inkişaf etməliyəm.
- “Qarabağ”da sizə konkret hansı vəzifə verilib və baş məşqçi sizdən nə istəyir?
- Mən həm komandanın məşqçilər korpusunda yer alacam, həm də seleksiyaçı-məşqçi kimi çalışacam. Lakin hələlik baş məşqçi ilə daha ətraflı söhbət edib, onun arzularını eşitməmişəm.
- Mən həm komandanın məşqçilər korpusunda yer alacam, həm də seleksiyaçı-məşqçi kimi çalışacam. Lakin hələlik baş məşqçi ilə daha ətraflı söhbət edib, onun arzularını eşitməmişəm.
- Artıq bir ay sonra komandanızı avrokubok oyunları gözləyir...
- İki ardıcıl mövsümdü ki, “Qarabağ” Avropa Liqasında uğurla çıxış edib. Bu dəfə isə daha böyük uğur gözlənilir. Yəni artıq bu turnirin qrup mərhələsinə vəsiqə qazanmalıyıq.Mən də öz növbəmdə qarşıya qoyulan bu məqsədə çatmaq üçün əlimdən gələni edəcəm.
