28 may 2011 14:11
İtaliya Futbol Federasiyasının prezidenti Bakıya gəlir
İtaliya Futbol Federasiyasının prezidenti, UEFA-nın V vitse-prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü Cankarlo Abete Bakıya gələcək. Azerisport.az xəbər verir ki, o, iyunun 6-da keçiriləcək Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərində iştirak edəcək.
Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin üzvləri Şenes Erzik, Marios Lefkaritis və Danimarka Futbol Federasiyasının prezidenti (eyni zamanda UEFA İcraiyyə Komitəsinin üzvü) Allan Hansen, həmçinin Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgener də yubiley tədbirlərinə gələcək qonaqlar sırasında olacaqlar.
