29 may 2011 01:35
Barcelona - qitənin ən güclü klubu (YENİLƏNİB)
Bu gün UEFA Çempionlar Liqasında ən güclü klubun adı bəlli olub. Azerisport.az xəbər verir ki, İngiltərənin ünlü “Wembley” stadionunda bu ölkəni təmsil edən “Manchester United” İspaniya çempionu “Barcelona” ilə qitənin ən nüfuzlu klub turnirinin qalibini müəyyənləşdirib.
Qeyd edək ki, bu oyuna qədər “Barcelona” və “Manchester United” hərəyə 3 dəfə bu turnirdə xoş sonluğa çata bilmişdi. Belə ki, “Barcelona” 1991-92, 2005-06 və 2008-09 mövsümlərində bu kuboka sahib çıxarkən, “Manchester United” də 1967-68, 1998-99 və 2007-08 mövsümlərində Avropanın ən güclü klubu adını qazanmışdı. Özü də “Barcelona” 2008-09 mövsümündə məhz bugünkü rəqibi “Manchester United”i finalda 2:0 hesabıyla məğlub edərək, kuboku muzeyinə götürmüşdü.
Maraqlıdı ki, bu dəfə də tarix təkrarlanmış oldu. Daha baxımlı və inamlı oyun sərgiləyən ispanlar ÇL-də dördüncü dəfə kuboku başı üzərində qaldırmış oldu.
Çempionlar Liqası
Final
28 may
Barcelona - Manchester United - 3:1
Qollar: Pedro, 27, Messi, 54, Vilya, 69 - Runi, 36.
Barcelona: Valdes, Abidal, Masçerano, Pike, Alves (Puyol, 88), Buskets, Xavi, İnyesta; Pedro (Afellay, 90+2), Vilya (Keyta, 86), Messi.
Manchester United: Van der Sar, Fabio (Nani, 69), Ferdinand, Vidiç, Evra, Valensiya, Karrik (Skolz, 77), Giqqz, Park, Runi, Ernandes.
Vərəqələr: Alves, 59, Karrik, 61, Valensiya, 80, Valdes, 85 - sarı.
