28 may 2011 14:31

Zaur Məmmədov: Simurqa əcnəbi məşqçi dəvət etmək istəyirik

Son mövsüm elitadakı uğursuz çıxışından sonra Premyer Liqanı birinci diviziona dəyişən “Simurq”un prezidenti Zaur Məmmədov azerisport.az saytının suallarını cavablayıb.
 
- “Simurq”un Premyer Liqanı tərk etməsinin səbəbini nədə görürsüz?
- Bizim hesablarımız özünü doğrultmadı. Müasir futbolda legionerlərsiz alınmır. Bizim komandada isə elə legionerlər yox idi. Komanda tamamilə yerli və təcrübəsiz gənc oyunçulardan təşkil olunmuşdu. Amma həmin gənc “Simurq” üçün ötən mövsüm böyük təcrübə oldu.
 
- İndi rəhbərlik olaraq nə etməyi planlaşdırırsız?
- Qaydalara uyğun olaraq birinci divizionda çıxış etməliyik, buna da hazırlaşırıq. Zaqatalada yaxşı komanda yaratmaq istəyirik. Gənc futbolçulara güvənməkdə davam edəcəyik. Yaxşı kollektiv qurmaq istəyirik. Həm də Zaqatalada uşaq futboluna xüsusi diqqət yetirmək istəyirik.
 
- Bəzən hansısa klubların imtinası nəticəsində birinci diviziona yollanan klubun geri dönüşünün şahidi olmuşuq. Belə bir imkan yaransa, “Simurq” bundan yararlanacaqmı?
- Bütün bu yarışlar PFL-in bayrağı altında, xüsusi qaydalar əsasında keçirilir. Mövsümün yekununa görə iki uğursuz klub elitanı tərk etməli idi, onları da birinci divizion təmsilçiləri əvəzləyib. Qaydalara görə “Simurq” birinci divizionda çıxış etməlidi. Hər halda bu da Azərbaycan çempionatıdı və futbolumuzun inkişafı üçün çalışırıq.
 
- Premyer Liqaya nə vaxt dönməyə hazırlaşırsız?
- Elə ilk mövsümdəcə buna nail olmağa çalışacağıq. Yerli futbolçuların potensialı bunu reallaşdırmağa imkan verəcək.
 
- Hazırkı heyətlə bağlı hansı dəyişikliklər gözlənilir?
- Ola bilər ki, kimlərisə saxlayaq. Bizim heç də pis olmayan əvəzedici heyətimiz var ki, birinci divizionda onların xidmətindən yararlanmaq olar. Ən başlıcası odu ki, komandada əsasən Zaqatala futbolunun yetirmələri çıxış edəcək.
 
- Çox az futbolçu Premyer Liqanı tərk etdikdən sonra aşağı divizionda çıxış etməyə razı olur...
- Onlar hələ komandaya elə də böyük xeyir verməyiblər. Onların özlərini göstərməsi lazımdı. Əgər hansısa ambisiyalı klublar futbolçularımızın xidmətində maraqlı olsa, onların gedişinə mane olmayacağam.
 
- “Simurq”u gələn mövsüm kim çalışdıracaq?
- Bu məsələ hələ həllini tapmayıb. Zaqatalaya bir neçə təcrübəli əcnəbi məşqçi dəvət edib, komandanı məhz onların köməyi ilə qaldırmaq istəyirik. Hələlik hansı ölkələrlə danışıq apardığımızı demək istəmirəm. Amma minimum iki mütəxəssis dəvət etməyə hazırlaşırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.