28 may 2011 14:42
Millinin Almaniya və Qazaxıstan üçün heyəti açıqladı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Astana şəhərində Qazaxıstan, iyunun 7-də isə Bakıda Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, Berti Foqts əsas komandamızın düşərgəsinə 23 futbolçu dəvət edib.
Maraq üçün qeyd edək ki, Foqts demək olar ki, son toplanışda xidmətində olan bütün futbolçuları komandada saxlayıb. O, yalnız "Neftçi"nin gənc yarımmüdafiəçiləri Araz Abdullayevlə Amit Quluzadəni U-21-in Moldova ilə oyununa buraxıb.
Onlardan öncə isə AZAL-ın müdafiəçisi Usim Nduka, yarımmüdafiəçisi Aqil Nəbiyev, "Bakı"nın arxa xətt oyunçusu Cəmşid Məhərrəmov, eləcə də "Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədov heyətdən kənarlaşdırılmışdı.
Qapıçılar: Fərhad Vəliyev (Qarabağ), Kamran Ağayev (Xəzər Lənkəran), Andrey Popoviç (Abşeron);
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi "Qarabağ"), Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov (hamısı "Neftçi"), Vurğun Hüseynov (Turan), Saşa Yunisoğlu (Qəbələ), Vladimir Levin (İnter), Elnur Allahverdiyev (Xəzər Lənkəran);
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi "Qarabağ"), Cavid Hüseynov (Neftçi), Arif İsayev (Qəbələ), Aleksandr Çertoqanov (İnter), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi “Xəzər Lənkəran);
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi "Qarabağ"), Vaqif Cavadov (Bakı), Murad Hüseynov (Qəbələ).
