28 may 2011 14:39
Foqts Popoviçi də U-21-in heyətinə göndərdi
Azərbaycan milli komandasının heyətinə dəvət olunmuş Andriy Popoviç bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə yollanacaq. Azerisport.az xəbər verir ki, bu, artıq əsas millini gənclərdən ibarət komandaya dəyişən üçüncü futbolçu olub.
Belə ki, Popoviçə qədər Foqts “Neftçi”nin yarımmüdafiəçiləri Araz Abdullayevlə Amit Quluzadəni də U-21-in heyətinə göndərmişdi.
Xatırladaq ki, mayın 31-də, saat 18:00-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında Lənkəran şəhər Mərkəzi stadionunda yoldaşlıq oyunu keçiriləcək. Bu futbolçular da məhz həmin qarşılaşmada komandamıza yardım etməlidi. Lakin Popoviç Quluzadə ilə Abdullayevdən fərqli olaraq iyunun 1-dən etibarən Azərbaycan milli komandasının sərəncamında olacaq.
