28 may 2011 15:04
Mübariz Mənsimov Trabzsonspor`a sponsorluq edəcək
“Xəzər Lənkəran”ın fəxri prezidenti, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyənin “Trabzonspor” klubuna sponsorluq edə bilər. Azerisport.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı iddia irəli sürüb.
Həmkarlarımızın yazdığına görə, “Beşiktaş” futbol klubunun idarə heyətinin üzvü olan həmyerlimiz bundan sonra “Trabzsonspor”un da basketbol klubuna sponsorluq edə bilər. Hazırda müəyyən maliyyə problemləri olan sözügedən klubun prezidenti Saner Ayar da Mənsimovla işbirliyinin mümkünlüyünü istisna etməyib və ona müraciət etməyə hazırlaşdıqlarını təsdiqləyib.
Qeyd edək ki, Mübariz Mənsimov hazırda “Beşiktaş”la yanaşı, həm də fəxri prezidenti olduğu “Xəzər Lənkəran”ın sahibidi.
