28 may 2011 16:18
Azərbaycan - Almaniya oyunu üçün 305 jurnalist
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya oyununa Kütləvi İnformasiya Vasitələri tərəfindən böyük maraq göstərilir. Azerisport.az xəbər verir ki, AFFA-nın tətbiq etdiyi sistemə uyğun olaraq, 305 nəfər yerli və xarici KİV nümayəndəsi Azərbaycan – Almaniya oyununu işıqlandırmaq üçün müvafiq qaydada qeydiyyatdan keçib.
Maraq üçün qeyd edək ki, sözügedən qarşılaşma iyunun 7-də, saat 22:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
