28 may 2011 16:34
Gəncə islahatlara başladı
Son mövsümü 9-cu yerdə bitirən "Gəncə" heyətində islahatlara start verib. Azerisport.az xəbər verir ki, artıq Gəncənin eyniadlı təmsilçisi bir neçə futbolçusu ilə yollarını ayırıb.
Belə ki, baş məşqçi Mehman Allahverdiyev qapıçı Ruslan Məcidov, serb müdafiəçi Vladimir Zelenbaba və latviyalı hücumçu Kristaps Qrebisin komandada qalmasına ehtiyac duymayıb.
Lakin onlarla yanaşı daha bir neçə futbolçunun komandada getməsi gözlənilir.
