28 may 2011 00:30
GS Elmander transferini rəsmən bitirdi
Türkiyənin “Galatasaray” klubu İngiltərə Premyer Liqasında çıxış edən “Bolton”un isveçli futbolçusu Yohan Elmanderin transferini rəsmən bitirib. Azerisport.az xəbər verir ki, İsveç millisinin forvardı artıq İstanbula gələrək, “sarı-qırmızılı” formanı geymək şərəfinə də nail olub.
“Galatasaray”ın yeni transferi qardaş ölkəyə qədəm qoyarkən böyük azarkeş ordusu tərəfindən qarşılanıb. O, bundan təəccübünü və sevincini gizlətməyib: “Galatasaray”ı çoxdan tanıyırdım. Bu üzdən təklif məni çox sevindirdi. Menecerimlə əlaqə yaradıb, hər şeyi həll etdilər. Nəticədə burdayam və çox xoşbəxtəm”.
Yohan Elmanderin yeni klubunda 9 nömrəli forma altında çıxış edəcəyini də vurğulayaq.
