28 may 2011 12:48
100-dən çox alman jurnalist Bakıya gəlir
100-dən çox almaniyalı jurnalist ölkəmizə gələcək. Azerisport.az xəbər verir ki, onların səfərdə məqsədi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya yığma komandaları arasındakı rəsmi oyunu işıqlandırmaqdı.
Hələlik, onların dəqiq sayı barədə isə məlumat verilmir. Dəqiq olan sadəcə odu ki, Azərbaycan – Almaniya görüşü iyunun 7-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.
