29 may 2011 01:40
Neftçi serbiyalı qapıçı ilə güclənmək istəyir (FOTO)
Son Azərbaycan çempionu “Neftçi” özünə yeni qapıçı tapıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Serbiya “Crvena Zvezda”sında top qovan Saşa Stamenkoviçi heyətinə qatmaq istəyir.
Lakin bu oyunçunun hələ Belqrad təmsilçisi ilə bir illik müqaviləsinin olması vəziyyəti bir qədər mürəkkəbləşdirir. Belə ki, paytaxt təmsilçisi serbiyalı qolkiperi heyətinə qatmaqda israrlı olsa, o zaman “Crvena Zvezda”ya transfer haqqı ödəməli olacaq.
Maraq üçün qeyd edək ki, 1985-ci il təvəllüdlü Stamenkoviç bir qayda olaraq Serbiya klublarında çıxış edib. “Neftçi”nin sabiq serbiyalı qapıçısı Vladimir Miçoviçin həmyerlisi “Crvena Zvezda”ya qədər “Duboçica”, “Radniçki”, “Napredak”ın şərəfini qoruyub. 2008-ci ildən isə paytaxt klubunda çərçivəni qoruyur.
