29 may 2011 14:25
“Azərbaycanla oyun bizim üçün əsl sınaq olacaq”
Moldovanın gənclərdən ibarət komandasının (U-21) baş məşqçisi Sergey Kirilov qarşıdakı Azərbaycanla yoldaşlıq görüşü öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Lənkəranda keçiriləcək görüşlə bağlı bunları dilə gətirib:
“Azərbaycan yığmasıyla oyun komandam üçün heç də yoldaşlıq görüşü xarakteri daşımır. Bu, həm də yetirmələrim üçün əsl sınaq olacaq. Axı bizi qarşıda Avropa çempionatının seçmə mərhələ oyunları gözləyir”.

Qeyd edək ki, Azərbaycan – Moldova görüşü mayın 31-də Lənkəran şəhər stadionunda keçiriləcək.